Haqqımızda

Vaxt və büdcəyə qənaət, yeni imkanlar

Səs və video məlumatları günümüzdəki informasiyanın əksər hissəsini təşkil edir, çünki səslə ünsiyyət insanlar üçün daha təbii və asandır. Buna baxmayaraq, mətn məlumatlarında olduğu kimi səs məlumatları üçün hələ də təkmil axtarış, analiz, qərar qəbul etmə alətləri yoxdur. Voicedocs səs və videonu avtomatik olaraq mətnə çevirərək bu informasiyadan nəticələr çıxarmaq və faydalar əldə etmək üçün alətlər təqdim edir. Səs/video fayllarını qulaq asaraq yazmağa nisbətən dəfələrlə daha tez və ucuz mətnə çevirmək yeni imkanlar açır. Məsələn, həkimlər müayinə nəticələrini klaviaturada düymələri basmaq əvəzinə danışaraq daxil etmə vasitəsilə gün ərzində daha çox xəstəni müayinə edə bilirlər. Çağrı mərkəzində insanlar tərəfindən dinlənilməsi mümkün olmayan minlərlə saat səs yazısını mətnə çevirib axtarış və analitika aparmaq doğru biznes qərarları verməyə kömək edir. Jurnalistika, elmi tədqiqat, iclasların protokollaşdırılması və digər sahələrdə çalışan insanların vaxtlarının böyük bir hissəsi səs yazılarının mətnə çevrilməsinə sərf olunur. Voicedocs süni intellekt vasitəsilə bu sahədə insanları yorucu işdən azad edərək yaradıcı işə köklənmələrinə, qısa vaxt ərzində daha çox informasiya ilə işləmələrinə kömək edir.

 

 

Məhsul və texnologiya

Süni intellekt sahəsində 15 ildən artıq təcrübəyə malik komandamız müxtəlif dillər üçün nitqin tanınması, təbii dilin başa düşülməsi, dialoq sistemləri və digər texnologiyaların hazırlanması üçün süni intellekt, dərin öyrənmə, big data və digər sahələrdə ən son elmi naliyyətlərdən istifadə edir.  Voicedocs transkripsiya xidməti Trier Universiteti, Hannover Leybnits Universiteti, İstanbul Böyükşehir Belediyesi kimi Almaniya və Türkiyədə bir çox dövlət və özəl qurumlar, universitetlər tərəfindən istifadə olunur. MaxQDAAtlas.ti kimi dünyada ən məşhur qualitativ elmi araşdırma üçün proqram məhsulları Voicedocs transkriptlərini import etmək imkanını dəstəkləyir. Voicedocs həmçinin NVidia şirkətinin süni intellekt sahəsində startaplara dəstək və inkişaf proqramı olan NVidia Inception proqramının Azərbaycandan olan yeganə üzvüdür. Komandamızın azərbaycan dili üçün apardığı elmi tədqiqatlar həmçinin İdarəetmə Sistemləri İnstitutu və KOBİA tərəfindən dəstəklənmişdir.

Komandamız

Rauf Fətullayev - Maşın öyrənməsi, süni intellekt. T.e.f.d.
Orxan Fətullayev - Proqramlaşdırma, Vaterlu Universiteti məzunu (Kanada)
Məcid Məcidov - SEO və kontent. Qlazqo Universiteti məzunu (Böyük Britaniya)

 

 

 

Əlaqə

Bakı ofisi
Robotronics MMC 
Məmmədəli Şərifli küçəsi 19
Bakı iş mərkəzi
AZ1002 Bakı, Azərbaycan
 
Almaniya ofisi
Voicedocs Software GmbH.
Rochusstraße 230 - 234
53123 Bonn, Almaniya
+491633146259