İstifadə şərtləri
İstifadə Şərtləri
Xidmətlər aşağıdakı şərtlər və qaydalar (ümumi olaraq “Şərtlər”), Məxfilik Siyasəti və eləcə də Robotronics MMC (bundan sonra Robotronics) tərəfindən müəyyən olunan və Vebsaytda yerləşdirilən digər təlimatlar, qaydalar və əməliyyat siyasətinə əsasən həyata keçirilir (ümumi olaraq “Müqavilə”).
Xidmətlər
Robotronics MMC xidmətlərini veb sayt, API, iOS və Android platformalarında mobil tətbiq vasitəsilə təklif edir.
Müqavilə şərtlərinə və qaydalarına əsasən, Robotronics MMC Razılaşma Dövründə sizə Xidmətlərdən yalnız daxili biznes məqsədlərində istifadə üçün limitli, qeyri-eksklüziv, köçürülə bilməyən, sublisenziyasız, qlobal və ləğv edilməsi mümkün olan hüquqlar verir. Hazırki xidmətlərə qoşulma və istifadə etmə şərtlərinin hər hansı digər xidmətlərin gələcək funskiyalarına aid olmayacağını qəbul edirsiniz.
Hesab
Bizim Servisdən istifad üçün siz 1) 18 yaş və yuxarı və müqavilə bağlamaq iqtidarında olmalı; 2) qeydiyyat prosesini həyata keçirməli ; 3) Razılaşmada irəli sürülən şərtlər və qaydalarla razılaşmalı; 4) düzgün, tam və tutarlı cari əlaqə məlumatları təqdim etməlisiniz. Robotronics MMC xidmətlərindən hər hansı bir şirkət və ya qurum nümayəndəsi kimi istifadə etməklə siz bu Şərtləri onların adından qəbul etmə səlahiyyətinə malik olduğunuzu bildirirsiniz.
Müqavilə Müddəti
Müqavilə müddəti (“Müqavilə Müddəti”) sizin Robotronics MMC Xidmətlərinə qoşulma və ya ilk dəfə Xidmətlərdən istifadə etdiyiniz zaman başlayır və Xidmətlərdən istifadə etdikcə davam edir.
Hesab və Şifrə
Servislər Müştəriyə istifadəçinin unikal istifadəçi adı və şifrə yaratması ilə Vebsaytda ayrılmış hesab vasitəsilə təqdim edilir.
Siz istifadəçi adı və şifrəsinin gizli saxlanması məsuliyyətini daşıyırsınız. Həmçinin, sizin razılığınızın olub-olmamasından asılı olmayaraq, sizin hesabdan digərlərinin istidadəsinə görə də siz məsuliyyət daşıyırsınız. Hesablarınızın hər hansı icazəsiz istifadəsi halında dərhal bizə məlumat verməlisiniz.
İtirilmiş, oğurlanmış, sındırılmış və ya başqa şəkildə ələ keçirilmiş istifadəçi adı və şifrələrinizlə bağlı hər hansı itkilər, zərərlər, ödənişlər və ya öhdəliklər üçün yalnız siz məsuliyyət daşıyırsınız.
Bizim sizin şifrənizə çıxışımız yoxdur və təhlükəsizlik səbəblərindən şifrənizi yalnız sıfırlaya bilərik.
Rüsumlar, Ödənişlər və Ödənişlərin Qaytarılması
Ödənişli xidmətlər üçün bütün ödənişlər (“Ödənişlər”) Vebsaytda yerləşdirilib və ya Müqavilədə qeyd edilib. Bu Şərtlərə uyğun olaraq, siz ödənişli xidmətlərdən istifadəyə görə ödəniş etməyi öhdənizə götürürsünüz. Müştəri tərəfindən olunan bu Ödənişlər geri qaytarılmır.
Ödənişli xidmətlərdən istifadə müddətində, siz, Robotronics MMC şirkətinin üçüncü tərəf prosessorunu (Stripe) düzgün kredit kartı məlumatları ilə təmin edəcəksiniz. Kredit kartından istifadə edən hər kəs həmin kredit kartından istifadə etmək səlahiyyətinə malik olduğunu təsdiq edir və hər hansı və bütün ödənişlərin həmin kredit kartından tutulacağını bilir və həmin ödənişlərin rədd edilməyəcəyinə zəmanət verir. Əgər bizim üçüncü tərəf ödəniş prosessorumuz hər hansı bir səbəbdən sizin kredit kartı əməliyyatını həyata keçirə bilməsə, növbəti günlərdə 3 dəfə yenidən cəhd ediləcək. Ardicil ödəniş tutulması cəhdləri sizin aylıq və ya illik abunəlik yenilənmə tarixini dəyişmir.
Biz hər zaman yeni ödənişli xidmət və funksiylar əlavə edə və ya mövcud olanları ləğv edə və eləcə də qiymətləri mütəmadi olaraq dəyişə bilərik. Sizə hər hansı yeniliklər barədə məlumatlar ən azı bir ay əvvəldən emaillə və/və yaxud da Vebsaytda məlumat veriləcək.
Qanunvericiliyin bizdən Xidmətlərə görə vergi tutulmasını tələb etdiyi hallar istisna olmaqla, bütün vergilərə görə siz məsuliyyət daşıyırsınız.
Xidnətlərin üçüncü tərəfə satılması yalnız Robotronics MMC ilə aidiyyəti müqavilə imzaladığınız halda mümkündür.
Ləğv etmə və Qeyri-aktivlik
Sifariş Formasında qeyd olunan hallar istisna olmaqla, Robotronics MMC istənilən zaman və istənilən səbəbə görə digər tərəfə Xəbərdarlıq etməklə Müqaviləni ləğv edə bilər. Müqavilənin ləğvi sizin hesabınıza çıxışın ləğvi deməkdir. Növbəti ödəniş tarixindən əvvəl Vebsaytda və ya support@voicedocs.com ünvanına yazmaqla ödənişli xidmətlərə abunəliyinizi ləğv etməlisiniz, əks halda, abunəliyiniz avtomatik yenilənəcək və sizdən növbəti abunə haqqı tutulacaq. Avtomatik yenilənmə halında bütün ödənişli xidmətlər sizə növbəti ayı nəzərdə tutmaqla təqdim ediləcək.
Biz Müqaviləni istənilən zaman ləğv edə bilərik, əgər (a) bu Şərtlərin hər hansı bəndini pozmusunuz (və ya bu Şərtlərə əməl etmək niyyətində olmadığınızı və ya yerinə yetirmək iqtidarında olmadığınızı açıq şəkildə göstərən fəaliyyətlə məşğul olmusunuz); (b) qanun bunu bizdən tələb edir (məsələn, Xidmətlərin sizə təqdim edilməsi qanunsuzdursa və ya qanunsuz olacaqsa); (c) Sizə təqdim edilən xidmət fikrimizə görə bizim üçün artıq kommersiya baxımından əlverişsizdir; və ya (d) Xidmətləri (və ya hansısa hissələrini) dayandırmaq qərarına gəlmişiksə.
Ləğv ediləcəyi təqdirdə, sizin hesab və onunla bağlı bütün məlumatları həmişəlik silə bilərik.
Əgər hesabınıza 12 ay və daha çox müddət ərzində giriş etməsəniz, sizin hesabı “qeyri-aktiv” hesab edə, hesabınızı və onunla bağlı bütün məlumatları həmişəlik silə bilərik.
Əgər Robotronics MMC Müqavilə şərtlərini və ya hər hansı müvafiq qanunları pozduğunuz üçün bu Müqaviləyə xitam verərsə, heç bir məbləğ geri qaytarılmayacaq.
Müqavilə şərtlərinin pozulması və/və ya uzun müddət qeyri-aktivlik səbəbindən hesab deaktiv edildikdən sonra müştəri hesabın yenidən aktivləşdirilməsini tələb edərsə, Robotronics MMC hesabın yenidən aktivləşdirilməsi üçün rüsum tələb edə bilər.
Lisenziya Verilməsi
Robotronics MMC sizə, siz və ya Robotronics MMC tərəfindən Lizensiya ləğv edilənə qədər Məhsulu (bütünlüklə və ya qismən) və ya hər hansı Məhsulu (“Lisenziya”) quraşdırmaq və/və ya istifadə etmək üçün qeyri-eksklüziv, köçürülə bilməyən, sublisenziyasız, qeyri-kommersiya məqsədli şəxsi lisenziya verir. Siz Robotronics MMC-dən müvafiq lisenziya almadan nə özünüz bu Məhsul və ya Lisenziyadan kommersiya məqsədilə istifadə edə, nə də başqsına icazə verə bilərsiniz. Məhsulun müəyyən cihazlarda istifadəsini həyata keçirmək üçün yenilənmələr, təkmilləşdirmələr və dəyişikliklər tələb oluna bilər. BU MƏHSULUN SİZƏ YALNIZ LİSENZİYASI VERİLİR, SATILMIR.
Məhsulun müəyyən hissələri öz əlavə şərtləri və/və ya rüsmuları olan üçüncü tərəfin funksiyalarından istifadə edə bilər. Siz həmin şərtlərə əməl etməlisiniz. Zəhmət olmasa həmin şərtləri və rüsumları diqqətlə nəzərdən keçirin.
Siz heç bir halda birbaşa və ya dolayı yolla (1) Məhsulu sata, icarəyə verə, icarəyə götürə, yaya, istismar edə, lizensiyalaşdıra bilə, (2) Məhsulu tam və ya qismən yenidən yığa, yarada, uyğunlaşdıra və ya Məhsuldan törəmə məhsullar yarada bilə (Hesab yaradaraq və İstifadə Şərtlərinə əməl edərək hər hansı bir Məhsul funksiyası ilə İstifadəçi Tərəfindən Yaradılan Kontent istisna olmaqla), (3) bu Məhsul üçün "avtomatik", "skript" və ya "makro" kompüter proqramları və ya digər "sındırılmış" proqramlar yarada, istifadə edə və/və ya yaya, (4) Məhsulun üzərində və ya daxilində hər hansı müəllif hüququ və ticarət nişanı göstəricilərini və ya digər müəlliflik və mənşə məlumatlarını, bildirişləri və ya etiketləri silə, dəyişdirə, qeyri-aktiv edə, (5) hər hansı müvafiq qanun və ya qaydaları pozaraq bu Məhsulu və ya surətini ixrac, və ya yenindən ixrac edə bilərsniz.
Məhsuldan istifadə etməklə, Siz bütün müvafiq qanunlar və qaydaları qəbul etmiş olursunuz. Bütün hallarda, Məhsuldan yalnız onun nəzərdə tutulduğu formada istifadə edə bilərsiniz.
Nümunə olaraq və Robotronics MMC-nin Sizə qarşı tədbir görmək hüquqlarını məhdudlaşdırmadan, Siz edə bilməzsiniz: a) Məhsulla bağlı məxfilik öhdəliyini, hər hansı əqli mülkiyyət hüququnu pozan və şəxsin məxfilik hüququna zərər gətirən və ya qanunsuz əməl törədilməsinə sövq edən (xüsusilə, piratçılıq, proqramın sındırılması və saxta proqram təminatının dövriyyəsi) hər hansı materialı (mətnlər, sözlər, şəkillər və s.) yarada, istifadə edə, paylaşa və/və ya dərc edə bilməzsiniz; b) Məhsulun bütün və ya hansısa hissəsinin normal funksionallığını, onun digərləri üçün əlçatanlığını və ya Məhsulun partnyor şəbəkələrinin funksionallığını dəyişmək, təhrif etmək, bloklamak, zəiflətmək və/və ya əngəlləmək və ya yuxarıdakılardan hər hansı birinə cəhd; c) Məhsulla bağlı virus, troyan, vorm, bomba, zədələnmiş fayl və/və ya oxşar dağıdıcı qurğu və zədələnmiş məlumatların ötürülməsi və ya yayılması və/və ya Robotronics MMC və onun servis provayderlərinin və partnyorlarının serverlərinə hücumda hər hansısa bir formada iştirak ; ç) server emulyatorları kimi alternativ metodlar yaratmaq, təchiz etmək və ya istifadə etməklə Məhsuldan istifadə; d) Robotronics MMC-in nəzərində təhqiredici hesab edilən və zərərli, hədələyici, qanunsuz, aşağılayıcı, ədəbsiz, cinsi, irqi, etnik cəhətdən qəbuledilməz nitqin istifadəsi və yayılması; e) Məhsul daxilində digər istifadəçilərin təhqir və təhdid edilməsi; ə) Robotronics MMC-in heyətinə yanlış məlumatlar ötürmək, kömək xidmətindən və ya iddia düymələrindən uyğunsuz istifadə; f) Robotronics MMC-in partnyorlarına və ya agentlərinə özünüzü Robotronics MMC-in əməkdaşı kimi təqdim etmək; g) Məhsul və ya Robotronics MMC tərəfindən yanlış təsdiqlənmə iddiası sürmək.
Mülkiyyət Hüququ
Məhsul və onun üzərində olan bütün hüquqlar, mülkiyyət hüququ və əqli mülkiyyət hüquqları (heç bir limit olmadan bütün mətnlər, qrafikalar, musiqi və səslər, bütün mesajlar və məlumat elementləri, yaradılmış peronajlar, adlar, mövzular, əşyalar, kostyumlar, effektlər, dialoqlar, sloqanlar, məkanlar, obrazlar, diaqramlar, konseptlər, xareoqrafiyalar, videolar, audio-vizual effektlər, domen adları və Məhsulun individual və ya bərabər şəkildə tərkib hissəsi olan bütün digər elementlər) və onların hər hansı və ya bütün surətləri Robotronics MMC və ya ona məyyən elementlərin lisenziyasını təqdim edən tərəfdaşlarına məxsusdur. Məhsul milli və beynəlxalq qanunlar, müəllif hüquqları sazişləri və konvensiyaları və digər qanunlarla qorunur. Məhsul müəyyən lisenziyası alınmış elementlərə sahib ola bilər və bu Müqavilənin şərtlərinin pozulması halında Robotronics MMC-in lisenziya tərəfdaşları öz hüquqlarını qoruya bilər. Bu lisenziyası alınmış elementlərin hər hansı bir səbəb və ya yolla yenidən istehsalı Robotronics MMC və uyğun hallarda, Robotronics MMC-in lisenziya tərəfdaşları və nümayəndələri tərəfindən qadağan edilir. Bu müqavilədə qeyd edilən hallar istisna olmaqla, sizə təqdim edilməyən bütün hüquqlar Robotronics MMC-ə məxsusdur.
Bu Lisenziya Məhsula heç bir hüquq və ya mülkiyyət hüququ vermir və Məhsulda hər hansı bir hüquq onun satışı kimi qəbul edilməməlidir.
Məxfilik
Məhsuldan istifadə edərkən, Siz Robotronics MMC-ə müəyyən məlumatlar (ad, əlaqə və ya qeydiyyat məlumatları kimi) verə bilərsiniz. Robotronics MMC bu və ya Xidmətlərdən hər hansısa formada istifadəniz barədə texniki məlumatları istifadə edərək təqdimatlarını sizə uyğunlaşdıra, sizin Xidmətlərdən istifadənizə şərait yarada, eləcə də sizinlə ayrıca əlaqə qura bilər.
Bizim Məxfilik Siyasətimizə uyğun olaraq, Xidmətlərin göstərilməsi ilə əlaqədar məlumatlarınızı istifadə edə və açıqlaya bilərik. Məxfilik Siyasətimizi mütəmadi olaraq yeniləyirik və saytda yerləşdirilən yeniliklər yerləşdirildiyi andan qüvvəyə minir. Məxfilik Siyasətinin bütöv mətni aşağıdakı linkdən əldə edilə bilər:
https://voicedocs.com/en/legal/privacy-policy
Zəmanətlər
Biz Xidmətləri qanunun bizə verdiyi maksimum səviyyədə təqdim edirik. Bu o deməkdir ki, Müqavilədə göstərilən hallar istisna olmaqla, biz sizə hər hansı bir formada qeyd olunan və ya nəzərdə tutulan heç bir zəmanət vermirik, məsələn, sizin məlumatları bu Şərtlərdə və Məxfilik Siyasətində qeyd edildiyi kimi istifadə edə, açıqlaya bilmək kimi. Biz nə Xidmətlərin sizin tələblərinizə cavab verəcəyinə, nə də Xidmətlərin istifadə etməklə əldə olunacaq nəticələrə zəmanət vermirik. Xidmətlərin təşkili üçüncü tərəf proqram təminatı və cihazlardan asılı ola bilər və biz bu üçüncü tərəf cihaz və proqram təminatı barədə heç bir vəd və qarantiya vermirik. Robotronics MMC Xidmətlərin fasiləsiz və səhvsiz olacağına zəmanət vermir. Xidmətlər sizin professional bacarıqlarınızı və mühakimə qabiliyyətinizi əvəz etmək üçün nəzərdə tutulmayıb.
Xidmətlərdə mütəmadi olaraq nəzərdə tutulan və ya tutulmayan dayanmalar baş verə bilər. Robotronics MMC belə dayanmaların az olması üçün mümkün olduğu qədər işləyəcək. Robotronics MMC dayanmalardan yaranan hər hansı nəticələrə görə məsuliyyət daşımır.
Robotronics MMC Xidmətlər vasitəsilə mümkün olan fayl və proqram yüklənmələrinin virussuz olacağına və digər səbəblərdən sizin cihaz və ya proqramlara dəyə biləcək zərərə görə məsuliyyət daşımır. Siz Xidmətlərdən istifadə ilə bağlı bütün riskləri öz öhdənizə götürürsünüz və Robotronics MMC-i onların istifadəsindən yarana biləcək bütün nəticələrdən tamamilə azad edirsiniz.
Məsuliyyət Məhdudiyyəti
Robotronics MMC qanunla maksimum icazə verilən dərəcədə, əvvəlcədən gözlənilən və ya başqa şəkildə hər hansı birbaşa və ya dolayı itki və ya zərər üçün, o cümlədən, Vebsaytın və ya oradakı hər hansı məlumatın istifadəsi nəticəsində yaranan hər hansı dolayı, nəticəvi, xüsusi və ya nümunəvi ziyana görə məsuliyyət daşımır. İstifadəçilər bilməlidir ki, Vebsaytdan və onun Kontentindən riskləri gözə alaraq istifadə edirlər.
Bu şərtlər və qaydalardakı heç nə Robotronics MMC-nin hər hansı səhlənkarlığı və ya saxtakarlığı nəticəsində yaranan ölüm və ya şəxsi zədələnmə hallarında Robotronics MMC-i məsuliyyətdən azad etmir və ya onu məhdudlaşdırmır.
Bu şərtlər və qaydaların müvafiq qanunvericilik aktlarına ciddi şəkildə cavab verməsi üçün hər cür səy göstərilmişdir. Lakin bu şərtlərdən hər hansı birinin qanunsuz, etibarsız və ya başqa bir formada icraedilməz olması halında, həmin şərt bu şərtlər və qaydalardan ayrı hesab edilir və digər şərt və qaydaların etibarlılığına və icrasına təsir etmir. Bu şərt yalnız onun qeyri-qanuni hesab olunduğu yurisdiksiyalarda qüvvədə olacaq.
İmtina etməmə
Bu Şərtlər və Qaydaların hər hansı bir hissəsinin nəzərdə tutulan şərtlər və qaydalara əməl etməməsi həmin şərtlər və qaydalardan imtina kimi qələmə verilməməlidir.
Əvvəlki Şərtlər və Qaydalar
İndiki və əvvəlki Şərtlər və Qaydalar arasında uyğunsuzluq olduqda, xüsusən qeyd edilən hallar istisna olmaqla, indiki Şərtlər və Qaydaların müddəaları əsas götürüləcək.
Bildirişlər
Bütün bildirişlər/əlaqələr support@voicedocs.com, onlay çat və ya digər onlayn vasitələrlə həyata keçiriləcək. Belə bildirişin göndərildiyi gün iş günündə tam alındığı halda həmin iş günü, qeyri-iş günü və bayramlarda alındığı halda isə növbəti iş günü hesab ediləcək.
Qanun və Yurisdiksiya
Bu şərtlər və qaydalar və siz və Robotronics MMC arasında münasibətlər Azərbaycan Respublikası qanunları əsasında idarə olunacaq. Robotronics MMC və siz Azərbaycan Respublikası məhkəmələrinin müstəsna yurisdiksiyasına tabe olmağa razı olursunuz.