Jurnalistlər üçün məhsuldarlığı artıran proqram vasitələri

Jurnalist olmaq adətən böyük həcmli informasiya ilə işləmək deməkdir. Bu eyni zamanda həm məhsuldar olmaq, həm də işin keyfiyyətini mümkün qədər yüksək saxlamaq deməkdir. Bu məqalə jurnalistlərin məhsuldarlığını artırması üçün istifadə edə biləcəyi proqramlar barədə məlumat xarakteri daşıyır. Qeyd etmək lazımdır ki, məqalədə adı çəkiləcək müxtəlif kateqoriyalı proqramlar minlərlədir, lakin biz onların bəziləri barədə məlumat vermişik. Hər bir jurnalist öz stili və seçimlərinə uyğun müəyyən bir proqram tapa bilər.

 

Planlama proqramları

Hazırda hər hansı bir işi, xüsusilə jurnalist işini yaxşı bir planlama proqramı olmadan təsəvvür etmək çətindir. Müxtəlif başlıqlı tapşırıqlar yaratmaq, qeydlər etmək, xəbərdarlıqlar almaq kimi bir çox funksiyalar planlama proqrmalarında mövcuddur. Asana, Proofub, Trello kimi proqramlar yuxarıda adı çəkilən və daha artıq funksiyalarla təchiz edilib.

 

Avtomatik transkripsiya proqramları

İntervyu almaq demək olar ki hər bir jurnalistin işinə daxildir. Jurnalistika dedikdə ilk ağla gələn söz bəlkə də intervyudur. Lakin intervyuları, yəni saatlarla səs yazısını necə analiz etmək olar? Voicedocs kimi avtomatik transkripsiya proqramı ilə bir saatlıq səs yazısını on dəqiqədən az bir müddətdə yazıya çevirmək mümkündür. Bunu manual da etmək olar, lakin bu saatlara vaxt ala bilər. Voicedocs-dan istifadə edərək transkripti açar sözlərlə axtarmaq, eyni zamanda onun üzərində qeydlər aparmaq olar. Bu hər bir jurnalistin məhsuldarlığını artırmaq üçün istifadə edə biləcəyi ucuz, sürətli və təhlükəsiz bir proqramdır.

Orfoqrafiya və struktur yoxlayıcıları

Yazının struktur və orfoqrafiya səhvlərinə yoxlanması hər bir jurnalistin əsas məsuliyyətlərindən biridir. Grammarly və Hemingway kimi proqramlar bu işin öhdəsindən qısa zamanda gəlir. Bəzi proqramların bütün funskiyalarından yararlanmaq üçün onların premium versiyalarından istifadə etmək tələb olunur və onların təklif etdiyi üstünlükləri nəzərə aldıqda xərclənən vəsaitə dəyər.

Skanerlər

Sənədlərin skan edilməsi jurnalistin işinin tərkib hissəsidir. Hər bir journalist sənədlər, xəbər materialları, transkriptlər və s. skan etməyə ehtiyac duyur. Bunu üçün xüsusi cihazlar mövcuddur, lakin hazırda mövcud olan bir çox proqramlar vasitəsilə telefonuzlar yüksək keyfiyyətli skanlar edə bilərsiniz. Tələsdiyiniz və yanınızda hər hansı skan cihazı olmadığı tədqirdə bu sadəcə telefonunuzda olan belə proqram vasitəsilə tez bir zamanda sənədləri skan edə bilərsiniz. Adobe Scan kimi proqramlar bu xidməti pulsuz olaraq təklif edir və hətta əlavə proqrama ehtiyac duymadan skan proqramı vasitəsilə həmin skanı PDF-ə çevirə bilərsiniz.