Tədqiqat üçün məlumat toplama metodları

Texnologiyaların inkişafı demək olar ki hər sahədə özünü göstərir. Bir zamanlar araşdırmaçılar kitabxanalarda həftələrlə vaxt keçirərək kitabları analiz edir və qeydlər aparırdılar. Bu hala hal-hazırda da rəst gəlinsə də, yeni texnologiyalar araşdırma sahəsindən də yan keçməyib. Məqalədə araşdırmaçıların işini asanlaşdıran altı texnoloji vasitə barədə qısa məlumat verilmişdir.

Axtarış sistemləri

Axtarış sistemləri bəlkə də hər bir araşdırmaçının istifadə edə biləcəyi ən vacib vasitədir. Google, Yandex, Yahoo kimi axtarış sistemləri saniyələr ərzində hər hansı mövzu üzrə axtarış zamanı milyonlarla nəticə əldə etməyə kömək edir. Ən məşhur araşdırma axtarış sistemlərindən olan Google Scholar professional alimlər, araşdırmaçılar, müəlliflər tərəfindən yazılmış minlərlə kitab, məqalə və digər nümunələri əldə etməkdə yardımçı olur.

Cloud (Bulud) yaddaş servisləri

Bu platformalar məlumatların saxlanması və sinxronizasiyası üçün istifad edilir. Siz məlumatlarınızı, fayllarınızı istənilən şəxslə rahat bir şəkildə bölüşə bilərsiniz. Dropbox, Google Drive, iCloud, Amazon Drive bu vasitəlrədən sadəcə bir neçəsidir.

Sorğu toplama alətləri

Sorğu əsas məlumat toplama metodlarından biridir və qvalitativ və kvantitativ araşdırmada istifadə edilir. Sorğular vasitəsilə hər hansı məhsul barədə rəyləri öyrənə, işçilərin işdən razılıq dərəcəsini müəyyən edə, bazar trendləri barədə məlumat toplaya bilərsiniz. Survey Monkey, Google Forms, Typeform bu alətlər arasındadır.

Video paylaşma platformaları

Vide-müsahibələr kvalitativ araşdırmada mühüm rol oynayır və YouTube kimi platormalarda milyonlarla video mövcuddur. Bəzən araşdırmaçı heç bir müsahibə təşkil etmədən, belə platformalarda mövcud olan videolardan qiymətli məlumatlar əldə edə bilər.

Transkripsiya vasitələri

Müsahibə götürdükdən sonra həmin müsahibəni analiz etmək və lazımi məlumatları üzə çıxarmaq lazım gəlir. Bu zaman transkripsiya xeyli əhəmiyyətə malikdir. Audioyazının transkripti bütün müsahibəni özündə əks etdirir və məlumatlar mətn formatında göz qabağında olur. Siz hətta həmin mətni açar sözlərlə də axtara bilərsiniz. Voicedocs sürətli, təhlükəsiz transkripsiya xidməti təklif edir və doc, srt, text, JSON kimi formatları dəstəkləyir.

Sosial media

Facebook kimi geniş yayılmış sosial şəbəkədən istifadə edərək müəyyən araşdırma aparmaq olar, lakin bunun üçün daha spesifik platformalar mövcuddur. ResearchGate 17 milyondan çox istifadəçi kütləsinə malikdir və bunların böyük əksəriyyəti dünyanın müxtəlif ölkələrindən olan professional araşdırmaçılardır. LinkedIn, Academia.edu kimi platformalar da bu məqsədlə istifadə edilə bilər.