Səhiyyədə Səs Tanıma: Diktə və Transkripsiya

Səhiyyədə səs tanıma

Müxtəlif sahələrdə işlənən səs tanıma texnologiyaları – diktə və tranksripsiya insanların bir çox işlərini yüngülləşdirməkdə yardımçı olur.

Bu sahələrdən biri də böyük həcmli sənədləşdirmə yükünə malik səhiyyə sahəsidir. Tibbi sənədlərin yaradılması və idarə edilməsi bu sahədə ən çox vaxt aparan tapşırıqlardan biridir. Həkimlər, tibb bacıları və s. hər gün, bəzən isə hər saat öz fəaliyyətlərini müxtəlif jurnallarda qeyt etməlidir.

Pasiyentlər barədə məlumatların qeydiyyatı və həmin məlumatlar içində axtarış əllə yazmağa nisbətən səs tanıma texnologiyaları ilə daha sürətlidir. Səs əmrləri vasitəsilə pasiyentlərin xəstəlik tarixçəsi, reseptlər, məsləhətlər yaratmaq, eləcə də məlumatları axtarmaq mümkündür.

 

  1. Tibbdə sənədləşdirmə
  2. Səhiyyədə manual və transkripsiya ilə qeydiyyat
  3. Tibbi diktə və transkripsiyanın xüsiyyətləri
  4. Səs tanıma texnologiyası sənədləşdirmə prosesini sürətləndirir
  5. Tibbi diktə və transkripsiya bazarının həcmi
  6. Xülasə

 

Tibbdə sənədləşdirmə

 

Almaniyada, Pasiyent Hüquqları Aktı-na (02.26.2013) əsasən, tibbi personal pasiyentin xəstəliyi barədə bütün mühüm məlumatları sənədləşdirməlidir.[1]

Bu, pasiyentin müalicə prosesini dəqiq izləməyə kömək edir. Eyni zamanda, məlumatların elektronik saxlanması cografi mövqe və uzaqlıq fərqi olmadan daha yaxşı tibbi xidmət göstərməyə imkan yaradır.

Pasiyentlərin müalicə tarixçəsinə asan və tez elektron çıxış kritik vəziyyətdə olan bir pasiyentə təcili kömək edilməsində mühüm rol oynaya bilər.

Detallı sənədləşdirmə xüsusilə də eyni psasiyentin müxtəlif həkimlər ətərəfindən müalicə olunması hallarında daha önəmlidir. Əks halda, pasiyentə eyni müalicə səhvən bir neçə dəfə yazıla bilər.

Sənədləşdirilmənin aparılmaması həkimə qarşı cinayət işinin açılması ilə belə nəticələnə bilər.

 

Səhiyyədə manual və transkripsiya ilə qeydiyyat

 

Pasiyentin tibbi yoxlanışı və müalicəsi əsasən iki mərhələdə həyata keçir.

  1. Pasiyentin yoxlanışı
  2. Yoxlanışın sənədləşdirilməsi

Tədqiqatlar göstərir ki, həkimlər vaxtlarının 44%-ni sənədləşdirmə işlərinə sərf edir. Halbuki onlar müalicə prosesinə daha çox vaxt ayırmalıdır.

Almaniyanın Köln şəhərində yaşayan bir həkim yoxlanış prosesini aşağıdakı kimi izah edir.

  1. Həkim öz məsləhətlərini hər bir palatada olan diktafona diktə edir,
  2. Onun audio formatındakı səs yazısı transkriptor tərəfindən transkripsiya olunur,
  3. Növbəti gün həkim bu səs yazısını mətn formasında təhvil alır,
  4. Həmin sənədi dəqiqlik və düzgünlüyünə əmin olmaq üçün yoxlayır,
  5. Sənədi yoxladıqdan sonra onu əsas məlumat bazasında saxlayır.

Bu prosesdə iki amil diqqət çəkir:

  1. Transkriptorlara ehtiyac,
  2. Transkripsiya üçün çox vaxt lazımdır və bu proses çox ləngdir.

Tibbi təcrübədə sənədləşdirmə surətinin yavaş olması zəif cəhət kimi çıxış edir:

  • Bu, həkimin demək olar vaxtının yarısını aparır,
  • Ləng prosesdir. Tramksriptorın xidmətindən istifadə edilsə də, bu ümumi prosesin sürətlənməsinə təsir etmir. Bu sahədə bir sıra amillər nəzərə alınmalıdır:
  • Xərclər. Sənədləşdirmə işlərinə çəkilən xərc ümumi heyət xərclərinin təxminən 21%-ni təşkil edir.
  • Məxfilik. Transkripsiya üçün səs yazıları üçüncü tərəfə ötürülür və bəzi ölkələrdə bu məlumatların təhlükəsizliyi və məxfiliyi hüquqi aktlar tərəfindən qorunmur.
  • Saxlanma yerlərinə ehtiyac. Fiziki sənədlərin saxlanması üçün məkana və həmin məkana nəzarət etmək üçün xidməti personala ehtiyac duyulur.

 

Tibbi diktə və transkripsiyanın xüsiyyətləri

 

Digər sahələrdən fərqli olaraq, tibbi sahədə daha çox terminlərdən istifadə olunur. Buna görə də tibbi diktə və transkripsiya həyata keçirən proqramlar bu terminləri tanımalıdır. Əgər həkim səhvən hansısa bir dərman yazmış və onu ikinci dəfə yoxlamamışsa, pasiyentin həyatı ciddi təhlükə altında ola bilər.

Tibbi transkriptor bu sahədə olan terminləri bilməlidir.

 

Səs tanıma texnologiyası sənədləşdirmə prosesini sürətləndirir

 

Səs tanıma texnologiyası tibbi sənədləşdirmə prosesini asanlaşdırır. Bu hansı formada baş verir? Cavab çox sadədir. İnsanların əksəriyyəti yazmaqla müqayisədə daha tez danışır. Professional bir şəxs 300 sözlük mətni yazmaq üçün 6 dəqiqəyə ehtiyac duyur. Bununla müqayisədə, səs tanıma texnologiyası sayəsində bu müddət üç dəfə azalır və 2 dəqiqəyə enir.

  1. Həkim fikirlərini səs tanıma sisteminə diktə edir və mətni dərhal ekranda görür,
  2. Mətni oxuyur və redaktə edir.

 

Danışaraq telefon və ya kompüterə diktə etmək üçün işlənən proqram

  1. Həkimlərin telefonlarında, həmçinin də hospital kompüterlərində quraşdırılır,
  2. Mobil tətbiq kompüterlər əlaqələndirilə bilir,
  3. Hər zaman diktə edərək qeydlər aparmaq olur,
  4. Telefonda olan məlumatlar asanlıqla kompüterə transfer oluna bilir.

 

Səs yazılarını mətnə çevirən proqramlar

Pasiyentlərlə görüşlərin, tibbi konfranların və s. səs yazısını mətnə çevirmək üçün istifadə edilir.

  • Səs və ya video yazısını səhifəyə yükləyin,
  • Həmin yazının transkripsiya olunmasını gözləyin,
  • Mətni avtomatik açılan redaktorda redaktə edin.

Bu linkdən istifadə edərək proqramın işləmə prinsipi ilə tanış ola bilərsiniz.

https://voicedocs.com/transcriber

 

Tibbi diktə və transkripsiya bazarının həcmi

 

İllər ərzində tibbi sənədləşdirməni asanlaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə edilib.

Bu prosesi asanlaşdırmaq üçün səs tanıma texnologiyalarından istifadə ehtiyac hər gün artır.

Almaniyada 2013-cü ildə həkim və tibb bacısı xidmətlərinə təxminən 33.4 milyard Avro vəsait ayrılıb. Sənədləşdirmə işləri bu məbləğin 21%-ni təçkil edib.[2] Məsələn, 450 yatağı və illik 26 milyon Avro heyət xərcləri olan hospitalda sənədləşdirmə üçün 5.5 milyon Avro xərclənib.

Səs tanıma texnologiyalarından istifadə edərək bu sahədə 20% qənaət əldə etmək olar. Yuxarıdakı halda, bu, 1.1 milyon Avro deməkdir. Digər bir araşdırmaya görə, məhsuldarlıqda 26% artım əldə etmək olar.[3]

 

Xülasə

 

Hal-hazırda həkimlər, tibb bacıları, əczaçılar və s. səs tanıma texnologiyalarından uğurla istifadə edir.

Bu texnologiyalardan iki yolla istifadə edilir:

Bəzi istifadəçilər diktə etməyə üstünlük verir və bunun üçün diktə proqramlarından istifadə edirlər.

Digərləri isə səs yazma proqramından istifadə edib səs yazır və transkripsiya proqramında onu mətnə çevirirlər.

Hazırda, bir çox təşkilatlar elektronik sənədləşdirmə sisteminə keçid etmişlər. Səs tanıma texnologiyası bu yolda mühüm rol oynayır.

Voicedocs diktə və transkripsiya proqramından istifadə tibb işçilərinə sənədləşmə işlərində daha yüksək məhsuldarlıq əldər etməyə şərait yaradır.

 

[1] https://www.patientundanwalt.de/ratgeber/patientenrechtegesetz?gclid=Cjw...

[2] https://www.aerztezeitung.de/Wirtschaft/Zeitfresser-Dokumentation-249186...

[3] https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4642384/